Bakı-Sumqayıt yolunda dəhşətli qəza törədən sürücü ilə bağlı YENİ FAKT - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolunda dəhşətli qəza törədən sürücü ilə bağlı YENİ FAKT - YENİLƏNDİ

Faktla bağlı cinayət işi başlanılıb. 

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəzanı törədən "Ford" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib.

Bu barədə Publika.az-a Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəisi Seyfulla Əsədullayev məlumat verib.

S.Əsədullayev bildirib ki, qəzanı törədən mikroavtobusun sürücüsü qanuna tabe olmayan, özbaşına hərəkət edən sürücülərdəndir: “Sürücü qayda-qanunu pozub və buna görə də cəzalarını alacaq. Bu cür fəaliyyət göstərən miktoavtobuslara qarşı mübarizə aparırıq. Son 8 aydır onlara qarşı mütəmadi olaraq tədbirlər həyata keçiririk. Kimi əlil, kimi də məcburi köçkün olduğunu, kimi də özünü yandıracağını əlində şüar edib işləyir. Onların sayı 200-ə yaxın idi, görülən tədbirlər nəticəsində onların sayı 20-ə qədər azalıb. Bəziləri 5-6 saylı marşrut xətti üzrə hərəkət edən xətlərə yönləndirilib. Qalanlar isə qanuna tabe olmaq istəmir. Onlara qarşı tədbirlərimiz də davam etdirilir”.

***

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən report-a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm