Zaqatalada avtomobil yandı
Bizi izləyin

Hadisə

Zaqatalada avtomobil yandı

Maşın yararsız hala düşüb.

Zaqatalada minik avtomobili yanıb.

Publika.az Fövqaladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Əliabad qəsəbəsi ərazisində, rayon sakini Rizbullah İsmayılova məxsus, “VAZ 21074” markalı 62 BE 298 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm