Gəncədə 2 maşın toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Gəncədə 2 maşın toqquşdu - Xəsarət alanlar var

Hadisə gecə saatlarında baş verib.

Gəncədə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü, Cəmaləddin Qədirovun idarə etdiyi "QAZ -24" markalı avtomobil qarşı tərəfdən gələn, Göygöl rayon sakini, 1997-ci il təvəllüdlü, Elton Namazovun idarə etdiyi "VAZ -2107" ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb və hər 2 avtomobilə ziyan dəyib.

İlkin ehtimala görə, hadisəyə "VAZ -2107" markalı avtomobilin yüksək sürətlə hərəkətdə ikən idarəetməni itirməsi səbəb olub.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm