Goranboyda 51 yaşlı kişi qətlə yetirildi - - FOTOLAR
Bizi izləyin

Hadisə

Goranboyda 51 yaşlı kişi qətlə yetirildi - - FOTOLAR

Qətli mərhumun yaxın qohumu törədib.

Goranboy rayonunun Qaraçinar kəndində 51 yaşlı kişi qətlə yetirilib.

"Report" xəbər verir ki, Kəlbəcər sakini olan Mübariz Məmmədovun meyiti gecə saatlarında aşkar edilib.

Yaxınları onun ölüm xəbərindən telefon vasitəsi ilə xəbər tutublar. Bildirilib ki, M.Məmmədovun meyiti Goranboy rayon Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin meyitxanasına yerləşdirilib.

Qətli mərhumun yaxın qohumu olan 46 yaşlı Kəlbəcər sakini Natiq Qafarov törədib. Bir yerdə fəhləlik edən qohumlar arasında yeyib-içdikdən sonra mübahisə düşüb və hadisə ondan sonra baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm