İtkin düşən məktəbli qızdan XƏBƏR VAR - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İtkin düşən məktəbli qızdan XƏBƏR VAR - (YENİLƏNDİ)

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir. 

“Qızımın telefonunun enerjisi olmadığına görə mənimlə əlaqə qura bilməyib.”

Bunu aznews.az-a açıqlamasında 202 saylı orta məktəbin dünən günorta saatlarından itkin düşdüyü deyilən 11-ci sinif şagirdi N.K.-nın anası İlhamə Kərimova deyib. Onun sözlərinə görə, N.K ali məktəbə hazırlaşdığından dərsdən sonra müəllim yanında olub: “Oradan çıxıb başqa bir müəllimin yanına gedib. Anayam, narahat oldum, polisə müraciət etdim. Sonra baxdıq ki, qızım gəlib. Gecə olduğundan zəng edib polisi narahat etmədim.”

İlhamə Kərimova hazırda qızının evdə olduğunu qeyd edib: “Uşaq evdədir və bununla bağlı polisə məlumat vermişəm.”

***

Bakıda məktəbli itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm