Ömürlük məhkumların şikayətinə baxıldı və...
Bizi izləyin

Hadisə

Ömürlük məhkumların şikayətinə baxıldı və...

Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu gün Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun məhkəmə qərarından verdikləri kasasiya şikayətinə baxılıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə hər üç məhkumun iclasda iştirak etməsi üçün ərizə göndərdikləri məlum olub.

Hakim bununla bağlı tərəflərin fikirlərini öyrənib. Məhkiəumların vəkili Elçin Sadıqov ərizələrin təmin edilməsini, məhkumıarın məhkəməyə gətirilməsini istəyib. Hakim ərizəni təmin etməyib.

Kasasiya şikayəti üzrə çıxış edən Elçin Sadıqov bildirib ki, hər üç məhkumun cəzalarının bağışlanması üçün məhkəməyə müraciət ediblər: "Lakin Qaradağ rayon Məhkəməsi ərizəmizə baxmaqdan imtina edib, apelyasiya şikayətimiz olunmayıb".

Elçin Sadıqov qeyd edib ki, ömürlük cəzanın təyin edilməsi qanunsuz olub: "Hər üç məhkum 21 ildir qapalı həbsxanada cəza çəkir. O vaxtkı qanunvericiliyə görə, ölüm hökmü bağışlanma ilə əvəz edilməli idi. Buna görə də hər üç məhkumun cəzalarının bağışlanmasını, onların cəzalarının 15 ildən 20 ilədək əvəz edilməsini istəyirik".

Hakimlər məhkumların kasasiya şikayətini təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Prosesdən sonra jurnalistlərə açıqlama verən Elçin Sadıqov bildirib ki, qərardan Avropa İmsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər: "Həmin vaxt qüvvədə olan qanuna görə ölüm cəzası bağışlanma yolu ilə 15 ildən 20 ilədək cəza ilə əvəz oluna bilərdi".

Elçin Sadıqov hakimin kasasiya şikayətinin təmin etməməsi barədə belə deyib: "Hakim qərar qəbul edən zaman cəzanın bağışlanmasının Prezidentə aid edildiyini, məhkəmənin bağışlamaq barədə səlahiyyəti olmadığını göstərib".

Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barələrindəki ömürlük azadlıqdan məhrum etmə cəzasının 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər.

Məhkəmə məhkumların müdafiəçisi Elçin Sadıqov tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib. Həmin qərardan narazı qalan həmin şəxslər apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra Ali Məhkəməyə müraciət olunub.

Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunub. Sonradan onların cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. (teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm