Hadisə
Tovuzda 16 yaşlı qız dönər yeyib reanimasiyaya düşdü - YENİLƏNDİ
Dönərdən zəhərləndiyi deyilən Tovuz rayon Qovlar kənd sakini Gülər Hüseynova artıq evə buraxılıb.
Bu barədə Publika.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyeva məlumat verib.
M.Quliyeva bildirib ki, ona ilkin yardım göstərilib, vəziyyəti ağır olmadığına görə stasionara yerləşdirilməsinə ehtiyac qalmayıb: “Gülər Hüseynova zəhərlənmə əlamətləri ilə dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib. Ona ilkin yardım göstərilib, vəziyyəti ağır olmadığından xəstəxanada saxlanılmayıb. İlkin məlumatda o, dönərdən zəhərləndiyini deyib. Lakin bayram günləri olduğundan insanlar qidaları qarışdırırlar. Həmin qız da dönərlə yanaşı, evdə kartof yeyib, müxtəlif sərinləşdirici içkilər qəbul edib. Çoxlu qida qəbul etdiyindən onun dönərdən zəhərlənməsini birmənalı şəkildə deyə bilmərik. Bu, sadəcə həmin xanımın iddiasıdır. Ola bilər ki, qəbul etdiyi digər qidalardan zəhərlənsin”.
Gülxar
***
Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”