Lənkəranda müəllimi öldürən ər saxlanıldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Lənkəranda müəllimi öldürən ər saxlanıldı (YENİLƏNDİ)

Lənkəranda qətl hadisəsi törədilib.

Lənkəranda məktəb müəlliməsini qətlə yetirən ər saxlanılıb.

Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.

İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir. (apa)

***

Səpnəkəran kənd sakini Maygül Əliyevanın öldürülməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə M.Əliyeva həyat yoldaşı tərəfindən öldürülüb: “Onun bir qızı, bir oğlu var. Qızı ailə qurub, oğlu “texnikum”da oxuyur. Hadisəni də ilk dəfə oğlu görüb. Günorta məktəbdən gələndə anasını qanlar içərisində görüb. Atası balta ilə başını kəsib”.

Sakinlər hadisənin qısqanclıq zəminində törədildiyini deyib: “M.Əliyeva ibtidai sinif müəlliməsi idi, çox alivcənab qadın idi, uzun illərdir ailələlidirlər. Yoldaşı qohumlarıdır”.

***

Lənkəranda qətl hadisəsi törədilib.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm