"Mercedes"in körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

"Mercedes"in körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum oldu (YENİLƏNDİ)

Ölən və yaralananların kimliyi məlum olub.

Bakıda "Mercedes"in körpüdən aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması nəticəsində dünyasını dəyişmiş şəxslərdən biri avtomobilin sürücüsü Səlimov Səlim Zakir oğludur. Hadisə zamanı iki qardaş - 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu, habelə 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlu xəsarət alıblar.

Yaralılardan biri - Cəlilov Gülağa İlham oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişənlərdən biri qadındır. O, avtomobilə sərnişin qismində əyləşibmiş.

***

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb.

Belə ki, "Mercedes"in körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Qəza zamanı ölənlərin və xəsarət alanların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm