Lənkəranda iki otaqlı ev kül oldu
Bizi izləyin

Hadisə

Lənkəranda iki otaqlı ev kül oldu

Yanğından qonşular xəbər tutub.

Lənkəran rayonunda iki otaqlı ev yanıb

Publika.az xəbər verir ki, hadisə rayonun Şiləvar kəndində, yeni məhəllədə baş verib. Belə ki, Nadir Nəsirova məxsus bağ evi kimi inşa olunan, iki otağı yaşayış üçün yararlı olan yarıtikilidə naməlum səbəbdən yanğın baş verib. Qonşuların sözlərinə görə, ev sahibi N.Nəsirovun şəhərdə mənzili olduğundan ailə üzvləri hadisə baş verən vaxt kənddə olmayıblar.

Hadisə baş verən vaxt evdə elektrik enerjisi və qaz olmadığından yanğın riski də olmayıb. Yanğından qonşular xəbər tutaraq "101"-ə zəng vurublar.

Qəza yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülsə də, ikiotaqlı ev tamamilə yanıb.

Zərərçəkənlər mənzildəki əşyaların oğurlanaraq evə od vurulduğunu iddia edirlər. Hadisə yerinə polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm