Faciəli şəkildə ölən meyxanaçı ilə bağlı YENİ XƏBƏR - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Faciəli şəkildə ölən meyxanaçı ilə bağlı YENİ XƏBƏR - FOTO/VİDEO - (YENİLƏNDİ)

Faktla bağlı araşdırma aparılır.

2 gün əvvəl Bakı şəhər Yasamal rayonu Şərifzadə küçəsindəki evində yüksək dozalı narkotik vasitənin təsiri ilə vəfat edən meyxanaçı Əlislam İslamov dəfn edilib.

Yaxınları onun narkotik vasitədən öldüyünü təsdiqləyiblər.

Ə.İslamovu tanıyanlar deyiblər ki, o, uzun illər imiş ki, narkotik qəbul edirmiş. Bu müddət ərzində ailə üzvlərinin də təkidi ilə bir neçə dəfə müalicə olunan və xəstəxanaya da yerləşdirilən meyxanaçı narkotik asılılığından yaxa qurtara bilməyib.

Qeyd edək ki, Ə.İslamov 90-cı illərin sonlarında meyxanaçı kimi məşhurlaşmağa başlayıb və 1997-ci ildə meyxana turnirində Namiq Qaraçuxurlu ilə finala çıxıb. Efirlərə demək olar ki, çıxmayan sənətçi el məclislərindəki deyişmələri ilə bir çoxlarının yadında qalıb. (lent.az)

***

Bakıda meyxanaçı yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A. Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü İslamov Əlislam Nuru oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Əlislam İslamov meyxanaçıdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm