Yol qəzası prospektdə tıxac yaratdı
Bizi izləyin

Hadisə

Yol qəzası prospektdə tıxac yaratdı

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində qeydə alınıb.

KİA və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm