FHN “Binə” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yaydı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN “Binə” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yaydı (YENİLƏNDİ)

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 kv.m olan geyim mağazalarının tavanları ümumilikdə 22 kv.m sahədə yanıb.

Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

“Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm