Bakıda başı kəsilərək vəhşicəsinə öldürülən bacı-qardaşın və qatilin FOTOSU - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda başı kəsilərək vəhşicəsinə öldürülən bacı-qardaşın və qatilin FOTOSU - YENİLƏNDİ

İlkin məlumata görə, qətli törədən şəxs qohumdur.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Publika.az “Report”a istinadən barəsində həbs qətimkan tədbiri seçilmiş Azər Cəfərovun görüntülərini təqdim edir:

***

2 gün əvvəl Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.

Qohumları tərəfindən boğazları kəsilərək öldürülən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

Hadisə vaxtı ağır yaralanan 55 yaşlı Lətifə Qasımova isə hələ də reanimasiyadadır. O, 1 saylı şəhər xəstəxanasında müalicə olunur. Xəstəxanadan bildirilib ki, L.Qasımovanın vəziyyəti hələ də ağır olaraq qalır. (lent.az)

***

Xəbər verdiyimiz kimi, Bakıda Montin qəsəbə sakini Lətifə Qasımovanın yaşadığı evə gələn naməlum şəxs ev sahibəsini L.Qasımovaya bıçaqla xəsarət yetirib, onun övladları – 16 yaşlı Saqil Səxavət oğlu Qasımzadə və 26 yaşlı Fərizə Səxavət qızı Qasımzadəni boğaz nahiyəsini kəsməklə qətlə yetirib.

Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Baş vermiş hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Nərimanov rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A.Cəfərov tutularkən L.Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Qeyd edək ki, zərərçəkən L.Qasımova hadisəni törədən A.Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olubmuş. (APA)

09:59

Bakıda bir ailənin iki üzvü qətlə yetirilib, daha biri isə ağır yaralanıb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.

Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evində bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə yerləşdirib.

Faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətli törədən şəxs L.Qasımovanın qohumudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm