Sumqayıtda yaşayış binasında YANĞIN: 30 nəfər təxliyə edildi
Bizi izləyin

Hadisə

Sumqayıtda yaşayış binasında YANĞIN: 30 nəfər təxliyə edildi

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm