Hadisə
17 200 dolların ölkədən çıxarılmasının qarşısı alındı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.
Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17 200 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO