Hadisə
Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə 9 il iş verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Müğdət Həşimov son söz deyib.
O, 1 il 7 aydan çoxdur qanunsuz həsdə saxlandığını iddia edib: "Barəmdə olan cinayət işi 5 cilddən ibarətdir. Həmin işdə olanlar şər-böhtandır".
Müğdət Həşimov əlavə edib ki, şantajla klinikanı boşaltmağı tələb ediblər: "Lakin 3 ay klinikanı boşaltmayıb danışıqlar aparmışam, klinikanın fəaliyyətini bərpa etmək istəmişəm. Ramazan Zeynalov klinikanı boşaltmağım üçün məni hədələyib, əks halda həbs oluncağımı deyib".
Klinika sahibi qeyd edib ki, Ramazan Zeynalovun bu işdə zərərçəkmiş kimi tanınması absurddur. Guya klinikadan avadanlıq çıxarıb satmışam: "Ramazan Zeynalovun icazəsi olmadan oradan çöp belə götürmək olmaz. Necə olur, iki həftə ərzində oradan avadanlıqları maşınlara yükləyib aparırıq, Ramazan bunları görmür?
Bizim klinikada rentgen aparatımız var. Məhkəmə qərar çıxarıb ki, oradan rentgen aparatını götürək, amma Ramazan Zeynalov məhkəmə qərarının icrasına mane olur, rentgen aparatını götürməyə gedənləri qovur".
Müğdət Həşimov qeyd edib ki, illərdir qurduğu biznesi idarə etmək əvəzinə hüquq-mühafizə orqanlarında sifarişli şikayətlərlə bağlı izahat verməyə məcburdur: "DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məndən şikayət olunub. Orada izahat verəndən sonra işin mülki xarakter daşıdığı müəyyən edilidi, şikayəytin icraatına xitam verildi. Bundan sonra korrupsiya idarəsinə şikayət edildi. Ümid edirdim ki, buradada barəmdə olan şikayətə xitam veriləcək. Amma əksinə, qanunsuz cinayət işi başlandı".
Müğdət Həşimovun sözlərinə görə, Ramazan Zeynalovun öz səhvini başa düşəcəyinə ümid edib: "Çünki banklara olan borcları ödədim. Sonra Ramazan Zeybşnalov məni otağına çağırdı, əlini Qurana basdı ki, 11 günə işə başlayacam. Bununla bağlə Cavanşir Paşazadə ilə də danışdığını bildirdi. Amma 11 gündən sonra həbs edildim".
Müğdət Həşimov bildirib ki, klinikanın qaunsuz bağlanması ilə bağlı Cavanşir Paşazadəyə məktub göndərsə də, məktub açılmamış özünə qaytarılıb: "Həm məni, həm də biznesimi məhv etdilər. Klinikadan evinə çörək aparan 100-ə yaxın şəxsi işsiz qoydular.
Ramazan Zeynalov dəfələrlə bəyan edib ki, klinikanı özü bağlatdırıb, səbəb avadanlıqların guya köhnə olmasıdır. Avadanlıqların köhnəliyinin Ramazan Zeynalova adiyyəti olmamalıdır. Çünki həmin klinikaya lisenziya almışam".
O qeyd edib ki, müstəntiq ona əlavə ittiham verildiyini bildirib: "Guya Ramazan Zeynalovun 70 min manatını ələ keçirmişəm. Bu işdə də günahm yoxdur".
Müğdət Həşimov bildirib ki, klinikada bir xanım vəfat edib: "Həmin ölüm işi ilə bağlı bizim heç bir günahımız yoxdur. Xəstənin yaxınları cərrahı özləri seçiblər. Bizim klinikada yalnız əməliyyat otağı icarəyə verilib. Hadisədən sonra mərhumun həyat yoldaşı hüquq-mühafizə orqanlarına şikayət etdi. Bu da klinikanın nüfuzuna zərbə vurdu".
Müğdət Həşimov ona verilmiş vergidən yayınma ittihamını da qanunsuz adlandırıb. Bildirib ki, vergini vaxtı-vaxtında ödəyib. O, çıxışının sonunda hakimlərdən barəsində bəraət hökmünün çıxarılmasını istıyib: "Əgər mənə bəraət verməyi bacarmayacaqsızsa, o zaman ömürlük cəza təyin edin".
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər. Bundan əvvəl keçirilən prosesdə prokuror Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən qayıdan hakimlər Müğdət Həşimovun barəsində hökmü elan ediblər. Hökmə əsasən, Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub.
Məhkəmə onun ittiham olunduğu Cinatəyət Məcəlləsinin 213-cü (vergidın yayınma) maddəsinə xitam verib.
İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.
Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib. Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.
Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.
İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 11 Oktyabr 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin111 Oktyabr 20:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat11 Oktyabr 18:35
Metroda qatarlar gecikdi - SƏBƏB