Ağcabədidə avtomobil ağaca çırpıldı
Bizi izləyin

Hadisə

Ağcabədidə avtomobil ağaca çırpıldı

Faktla bağlı araşdırma aparılır.

Ağcabədidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb.

Ağdam rayon sakini Həsənov Ceyhun Mirzə oğluna məxsus “Mercedes” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşında olan sürücü C. Həsənov və sərnişini Salyan rayon sakini Hüseynov Cavad Afət oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm