Hadisə
Çaqqallar kəndə hücum etdi - - FOTO/VİDEO
Çaqqallar Kürdəmirin Cəyli kəndində 2 təsərrüfata ziyan
vurublar.
ARB TV xəbər verir ki, yırtıcılar Salamat Hacıyev
və Təşkilat Nəsirova məxsus ümumilikdə 15 baş xırda buynuzlu
heyvanı yaralayıblar.
Salamat Hacıyev - Zərərçəkən: "Səhər saatlarında
qoyunları evin yanına keçirtdim. Tez-tez arada baxırdım. Saat 9-10
radələrində qoyunun biri qaçıb gəldi qapıya. Çıxıb gördük ki,
hamısını yaralayıb. Mənim cəmi 6 qoyunum var. Hamısını
yaralayıb".
Maraqlısı odur ki, çaqqallar gec yox, məhz səhər saatlarında
heyvanlara hücum ediblər. Xırdabuynuzlulardan tələf olanı yoxdur.
Yaralı heyvanlara vaksinlər vurulub, ərazi dezinfeksiya edilib.
Kürdəmirdə təsərrüfatlara yırtıcı hüxumunun artması da təsadüfü
deyil. Mütəxəssislər bunu son vaxtlar yırtıcıların sayının artması
ilə əlaqələndirirlər.
Baytarlar hücumların qarşısının alınması üçün çıxış yolunun
olduğunu bildirirlər.
Bir neçə gün öncə isə canavarların ardıcıl olaraq Kürdəmirin bir
neçə kəndində fərdi təsərrüfatlara hücumu tələfatla
nəticələnib.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər