Kanalda batan azyaşlının cəsədi tapıldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kanalda batan azyaşlının cəsədi tapıldı (YENİLƏNDİ)

2 yaşlı uşaq su kanalında batıb.

Ağcabədidə 3 yaşlı uşaq su kanalında batıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu ərazisində, süni suvarma kanalında (ən yaxınlıqdakı məntəqədən 170 km aralıda, nəzarətsiz ərazidə) 2014-cü il təvəllüdlü, Quliyev Yasin Xəyyam oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Quliyev Yasin Xəyyam oğlunun cəsədi batdığı yerdən 8 km aralıda çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat 22:45-də başa çatıb.

***

Ağcabədidə 2 yaşlı uşaq su kanalında batıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu, Ağcabədi şəhərində 2015-ci il təvəllüdlü Quliyev Yasin Xəyyam oğlunun kanalda batması barədə məlumat daxil olub.

Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm