34 yaşlı kişi özünü binadan atdı - BAKIDA
Bizi izləyin

Hadisə

34 yaşlı kişi özünü binadan atdı - BAKIDA

Ailəlidir və onun 1 övladı var.

Bakıda 34 yaşlı kişi özünü binanın üçüncü mərtəbəsindən yerə ataraq intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Rəşid Behbudov küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü E.Məcidov eyvana çıxaraq özünü yerə atıb. E.Məcidov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, E.Məcidov ailəlidir və onun 1 övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm