Bakıda 32 yaşlı qadın döyüldü
Bizi izləyin

Hadisə

Bakıda 32 yaşlı qadın döyüldü

Hadisə Pirşağı qəsəbəsi, Yeni sahə adlanan yerdə baş verib.

Bakının Sabunçu rayonunda 32 yaşlı qadın döyülüb.

"Report" xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, Yeni sahə adlanan yerdə baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Paşayeva Könül Vahid qızı evində naməlum şəraitdə döyülüb.

O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsində araşdırma aparılır. Qadının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm