Sabirabadda AĞIR QƏZA: Qatar avtomobili vurdu, 2 nəfər öldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Sabirabadda AĞIR QƏZA: Qatar avtomobili vurdu, 2 nəfər öldü - YENİLƏNDİ

xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Aprelin 5-i saat 03.00 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi QAZ-31-10 markalı 54-BJ-709 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova hadisə ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, nəticədə Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri 1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünysını dəyişib, xəsarət alan Sabirabad rayonu Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, hadisədən sonra yük qatarı avtoqoşqusuna ilişən avtomaşınla 250 metr aralıda dayanıb.

“Həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir. Hadisəyə səbəb sürücü tərəfindən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1, 2, 3-cü bəndlərinin tələbləri kobud surətdə pozulduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib. Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb”.

***

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilib - Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlu.

Qəzanın təfərrüatları,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm