Şəmkirdə avtomobil kanala düşdü, sürücü xəsarət aldı
Bizi izləyin

Hadisə

Şəmkirdə avtomobil kanala düşdü, sürücü xəsarət aldı

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Eşqin Hüseynov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı kanala aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncədə olan tibb müəssisələrinin birinə aparılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm