Şəmkirdə 38 yaşlı qadın özünü yandırdı
Bizi izləyin

Hadisə

Şəmkirdə 38 yaşlı qadın özünü yandırdı

Səbəb məlum deyil.

Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb.

Publika.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm