Bakıda 8 nəfəri it dişlədi
Bizi izləyin

Hadisə

Bakıda 8 nəfəri it dişlədi

Son 1 ay ərzində paytaxtda it dişləmələri ilə bağlı müraciətlərin sayı artıb.

Son iki gün ərzində Bakıda 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bununla bağlı "Report"a 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, nəticədə 8 nəfər müxtəlif xəsarətlər alıb. İt dişləməsi ilə bağlı hadisələr paytaxtın Nərimanov, habelə Sabunçu rayonunda, Bakıətrafı qəsəbələrdə qeydə alınıb.

Qeyd edək ki, bu qəbildən olan hadisələrdən ən ağırı Nərimanov rayonu, Ziya Bünyadov küçəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Qurbanov Məmməd Yaşar oğlu işdən evə qayıdarkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda Y.Məmmədovun müalicəsi davam etdirilir.

Xəstəxanadan bildirilib ki, son 1 ay ərzində paytaxtda it dişləmələri ilə bağlı müraciətlərin sayı artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm