Hadisə
Ağdaşda qandonduran HADİSƏ: “laqonda” ilə boğazını KƏSDİ
Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Publika.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Anar Yusifov yaşadığı evin
həyətində təsərrüfat işləri görərkən işlətdiyi “laqonda” aparatı
ilə metal kəsərkən ehtiyatsızlığa yol verib və onun üzərindəki
kəsici alət qəflətən qırılaraq iki hissəyə bölünüb.
Nəticədə qırılan alətin bir hissəsi onun boyun və boğaz nahiyəsini
kəsib. A.Yusifov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının
reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan
A.Yusifovun həyatını xilas etmək mümkün olub. Çənəaltı vəzin və
boyunun ön səthinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan
xəstənin vəziyyəti hazırda orta ağır olaraq qalır.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO