Hacıqabulda yol qəzası - 1 nəfər yaralandı
Bizi izləyin

Hadisə

Hacıqabulda yol qəzası - 1 nəfər yaralandı

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun rayonun ərazisindəki "Qədirxum" restoranı yaxınlığında baş verib.

“Kamaz” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 56 yaşlı Saray Rəhbər qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm