Salyanda baş verən qəzanın detalları məlum oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Salyanda baş verən qəzanın detalları məlum oldu (YENİLƏNDİ)

Faktla bağlı araşdırma aparılır.

Aprelin 6-da yolu keçərkən maşının vurması nəticəsində ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

"Report" xəbər verir ki, bu, 65 yaşlı Göyçay rayon sakini Zabil Zabil oğlu Əlizadədir.

Onu vuran sürücü isə Salyan sakini, 30 yaşlı Əliağa Rəsul oğlu Babayev olub.

***

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun avtovağzal ərazisində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Meyitin şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm