Taksi "qırmızı"da keçdi, qəza törətdi - Yaralananlar var - - FOTOLAR
Bizi izləyin

Hadisə

Taksi "qırmızı"da keçdi, qəza törətdi - Yaralananlar var - - FOTOLAR

Qəza Bakıxanov prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Bakıxanov prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Təhməzov Əlövsət Ələkbər oğlu idarə etdiyi "Daewoo" markalı avtomobillə işıqforun qırmızı işığında yüksək sürətlə hərəkət edib. Nəticədə o, S.Vurğun küçəsi ilə işıqforun yaşıl işığından keçərək hərəkətdə olan 1977-ci il təvəllüdlü Rzayev Rafiq Sarif oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobilə çırpılıb. Toqquşmanın təsirindən "Hyundai" yolayrıcı beton plitəyə çırpılıb və deformasiyaya uğrayıb. Qəza nəticəsində "Daewoo" markalı avtomobildə biri qadın olmaqla iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Qeyd edək ki, T.Əlövsət idarə etdiyi "Daewoo" markalı avtomobillə taksi xidməti göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm