Bakıda yolu keçmək istəyən qadını maşın vurdu
Bizi izləyin

Hadisə

Bakıda yolu keçmək istəyən qadını maşın vurdu

Hadisəni törədən şəxs yaralını xəstəxanaya aparıb.

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəsəbənin "parnik yolu" kimi tanınan ərazisində yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Abdullayeva Səadət Fəxrəddin qızını minik maşını vurub.

Hadisəni törədən şəxs yaralını xəstəxanaya aparıb. Həkimlərin sözlərinə görə, qadın bədən nahiyəsindən çoxsaylı sınıq xəsarətləri alıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm