Zərdabda 62 yaşlı kişi özünü asdı
Bizi izləyin

Hadisə

Zərdabda 62 yaşlı kişi özünü asdı

İntiharın səbəbləri hələlik məlum deyil.

Zərdab rayonunda intihar hadisəsi baş verib.

Zərdab rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm