Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü (YENİLƏNDİ)

Yanğın söndürüldü.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 64 kv.metr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.metr və eyvan 2 kv.metr sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

"Qara Qarayev" metrostansiyası yaxınlığında 18 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Yanğının 9-cu mərtəbədə baş verdiyi bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın nəticəsində 1 qadın ölüb, 1 nəfər isə xəsarət alıb. Hələ ki, bu barədə rəsmi açıqlama yoxdur.

***

Bakıda Qara Qarayev metrosunun yaxınlığında yaşayış binası yanır.

Publika.az xəbər verir ki, hazırda güclü yanğın müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm