Cəlilabadda kütləvi dava - 5 nəfər bıçaqlandı
Bizi izləyin

Hadisə

Cəlilabadda kütləvi dava - 5 nəfər bıçaqlandı

Hazırda faktla bağlı araşdırma aparılır.

Cəlilabad rayonunun Nar bağı adlanan ərazisində 20-dən çox şəxsin iştirakı ilə kütləvi dava baş verib.

"Report"un Aran bürosunun xəbərinə görə, dava zamanı 5 nəfər bıçaqlanıb.

Bunlar rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubovdur. İlkin məlumata görə xəsarət alanlar 17 nəfərdən ibarət bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ruslan Əliyevin vəziyyəti ağırdır.

***

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu gün axşam saatlarında hələlik adı məlum olmayan yerli sakin bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm