Bakıda iki avtomobil toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda iki avtomobil toqquşdu - Xəsarət alan var

Sürücülərdən biri xəstəxanalıq oldu.

Bakının Xətai rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

"Report" xəbər verir ki, qəza Xocalı prospekti ilə hərəkətdə olan iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Nəticədə maşınlardan birinin sürücüsü olan Tahir Piriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm