Bakıda sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı

Faktla bağlı araşdırma aparılır.

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

“Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 77 saylı sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm