XİN və səfirliklərdə ciddi maliyyə pozuntusu aşkarlandı - CƏZALANDIRILANLAR VAR
Bizi izləyin

Hadisə

XİN və səfirliklərdə ciddi maliyyə pozuntusu aşkarlandı - CƏZALANDIRILANLAR VAR

Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətində ciddi maliyyə pozuntusu və nöqsanlar aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim olunan və aprelin 14-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq illik hesabatında məlumat verilir.

"Hesabat ilində aparılmış auditin nəticəsinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyində 21 fakt üzrə nöqsan aşkarlanıb. Bunlardan 6-sı (43,0 faiz) büdcə qanunvericiliyinin tələbləri ilə bağlı nöqsan, 8-i (16,2 faiz) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri barədə nöqsanlar, 2-si (31,4 faiz) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlar, 5-i (9,4 faiz) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlardır" - deyə sənəddə qeyd olunur.

Eyni hallar üzrə Misir, Qırğızıstan, Ukrayna, Tacikistan və İtaliyadakı diplomatik nümayəndəliklərimizdə də nöqsanları aşkarlanıb.

Palata tərəfindən görülən tədbirlər nəticəsində maliyyə pozuntusundan 44 207,3 manat bərpa edilib, cəzalandırılanlar var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm