FHN Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
Bizi izləyin

Hadisə

FHN Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb

Alov söndürülüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da günorta saatlarında paytaxtın Yasamal rayonunda baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda taxta konstruksiyadan ibarət, ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində bir neçə vətəndaşa məxsus mənzillərin 75 kvadratmetr sahədə yandığı qeyd edilib. Mənzillərin qalan hissəsi və yaxınlıqdakı digər binalar yanğından mühafizə olunub. Alov söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm