Zaqatalada İNTİHAR: 60 yaşlı kişi təndirxanada...
Bizi izləyin

Hadisə

Zaqatalada İNTİHAR: 60 yaşlı kişi təndirxanada...

Cinayət işi başlayıb, araşdırma aparılır.

Zaqatalada 60 yaşlı kişi özünü təndirxanada asıb.

Publika.az xəbər verir ki, hadisə aprelin 10-u, saat 15:30 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm