Psixatriya Xəstəxanasında daha bir ÖLÜM
Bizi izləyin

Hadisə

Psixatriya Xəstəxanasında daha bir ÖLÜM

Faktla bağlı araşdırma aparılır.

Sabunçu rayonunda xəstəxanalardan birində ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Mağtağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxanada müayinə olunan 1975-ci il təvəllüdlü Lənkəran rayon sakini Nuriyev Cəmaləddin İsmayıl oğlu dünyasını dəyişib. Onun ağ ciyərin iltihabı xəstəliyindən vəfat etdiyi bildirilir.

C.Nuriyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm