İcra başçısının qaynı olan keçmiş polis işçisi özünü asdı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İcra başçısının qaynı olan keçmiş polis işçisi özünü asdı (YENİLƏNDİ)

Bakıda intihar hadisəsi baş verib.

Bakıda intihar hadisəsi baş verib.

Publika.az bildirir ki, Binəqədi rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M.Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, M.Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm