Evli kişi dayısı qızını qaçırıb təcavüz etdi - CİNAYƏT
Bizi izləyin

Hadisə

Evli kişi dayısı qızını qaçırıb təcavüz etdi - CİNAYƏT

Məhkəmə prosesi başa çatıb.

Dayısı qızına qarşı təcavüzdə təqsirli bilinən Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Şöhrət Əliheybətlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Şöhrət Əliheybətli bir neçə il əvvəl ailə qurub. Onun ailə qurduğu qadınla olan birgə nikahlarından iki övladları dünyaya gəlib.

Evlilik təklifi

Orta təhsilli olan Şöhrət Əliheybətli dayısının yetkinlik yaşına çatmayan qızı, 1999-cu il təvəllüdlü Fəridə Məmmədovanı (ad və soyad şərti verilib - red.) sevməyə başlayıb. Hətta onlar bir neçə dəfə görüşüblər.

Şöhrət Əliheybətli sonuncu dəfə dayısının yaşadığı Kürdəmir rayonuna 9 iyul 2015-ci il tarixdə gəlib. Dayısı qızı ilə görüşüb və ona evlənmək təklifi edib. Fəridə də bibisi oğlunun təklifi ilə razılaşıb.

Qız qaçırma

Qızın razılığını alan Şöhrət Əliheybətli onu qaçırmaq qərarına gəlib. O, bu istəyini dayısı qızına bildirib. Fəridə də Şöhrətin təklifi ilə razılaşıb.

Bundan sonra Fəridə Məmmədova bibisi oğlu Şöhrət Əliheybətliyə evlənmək məqsədilə qoşularaq qaçıb. Şöhrət dayısı qızını Gəncə şəhərinə gətirib.

Şöhrət Əliheybətli şəhərin 3-cü mikrorayon, ev 23 mənzil 87 ünvanında yaşamaq üçün kirayə ev tutub. Onlar həmin gündən tutulan kirayə evdə yaşamağa balayıblar.

İyulun 14-də, gecə saat 3 radələrində Şöhrət Əliheybətli dayısı qızının yatdığı otağa gəlib. O, dayısı qızı ilə cinsi əlaqədə olmağı təklif edib. Fəridə də bibisi oğlunun intim münasibətdə olmaq barədə təklifinə rədd cavabı verib. Fəridə Məmmədova Şöhrətin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına etiraz edib.

Zorakılıq

Lakin Şöhrət onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı israr etsə də, Fəridə buna yenə də razı olmayıb. Fəridənin etiraz etməsini görən Şöhrət ona qarşı fiziki güc göstərməyə başlayıb.

Şöhrət Əliheybətli Fəridəni otaqda olan çarpayının üstünə yıxıb və zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Bibisi oğlu tərəfindən zorlanan Fəridə Məmmədova ertəsi gün anasına zəng edib.

O, Gəncə şəhərində olduğunu, dayısı oğlu Şöhrət tərəfindən evlənmək məqsədilə qaçırıldığını, kirayə qaldığı evdə cinsi təcavüzə məruz qaldığını anasına bildirib.

Bundan sonra Fəridə Məmmədovanın valideynləri hüquq-mühafizə orqanlarına məlumat verib. Keçirilən əməliyyat nəticəsində Fəridə Məmmədova tapılaraq ailəsinə təhvil verilib, Şöhrət Əliheybətli isə həbs edilib.

7 il cəza

Şöhrət Əliheybətli Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti cinayət işinin dəlillərini araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Şöhrət Əliheybətli 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, dayısı qızına qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirib. Buna görə də barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şöhrət Əliheybətlinin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti araşdırılması üçün hakim Teyyub Muxtarovun icraatına verilib. Yaxın günlərdə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm