67 yaşlı qadın mikroavtobusdan yıxıldı - Sürücünün ehtiyatsızlığı üzündən...
Bizi izləyin

Hadisə

67 yaşlı qadın mikroavtobusdan yıxıldı - Sürücünün ehtiyatsızlığı üzündən...

Mikroavtobusdan düşmək istəyən zaman maşın hərəkət edib.

Gəncə şəhərində marşrut avtobusdan düşmək istəyən qadın yıxılaraq ağır xəsarət alıb.

Publika.az xəbər verir ki, 33 saylı xətt üzrə işləyən mikroavtobusun sərnişini, 1950-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənova Gilaxanım düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Yaxınlarının dediyinə görə, o, mikroavtobusdan düşmək istəyən zaman maşın hərəkət etdiyi üçün yıxılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm