Hadisə
Əli İnsanov Penitensiar Xidmətin əməkdaşına hücum edib - MƏHKƏMƏ
Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Publika.az-ın Teleqraf.com-a istinadən verdiyi məlumatına görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Prokuror bildirib ki, ittiham aktına əsasən, Əli İnsanov cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop maddələr əldə edərək saxlayıb: "Aparılan yoxlama zamanı həmin vasitələr aşkar olunub. Bununla bağlı protokol tərtib edilib. Bu zaman Əli İnsanov protokol yazan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədova hücum edib. O, həmin şəxsin paqonunu cıraraq onu itələyib. Anar Məmmədov yıxılaraq başından xəsarət alıb."
Elan olunmuş ittiham üzrə Əli İnsanov özünü təqsirli bilməyib. Sabiq səhiyyə naziri ittihamları saxta adlandırıb.
Zərərçəkmiş qismində Anar Məmmədov dindirilərkən ittiham aktında yazılanları təsdiq etdiyini bildirib.
Prosesdə hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar Xidmətinin əməkdaşı Fizuli İsmayılov da ifadə verib. Həmin şəxslər də ittiham aktında yazılanları təsdiqlədiklərini qeyd ediblər.
Məhkəmənin növbəti iclası aprelin 19-na təyin olunub.
Əli İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
Ötən il il avqustun 24-də Əli İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
Qaradağ Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər