Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı
Bizi izləyin

Hadisə

Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Babayev Natiq Akif oğlu ilə sərnişin arasında dava düşüb.

Nəticədə sərnişin (hələlik adı açıqlanmır) N.Babayevə bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm