• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

2742 qəlpə, bir mina və üç raket

  • Hadisə
  • 14 Aprel 2017 00:18
  • 504 Baxış
2742 qəlpə, bir mina və üç raket

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 13-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2742 qəlpə, bir tank əleyhinə “TM-57” minası və üç ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 47 min 740 kvadratmetr ərazi (3265 kvadratmetr əl ilə, 16 min 800 kvadratmetr mexaniki üsulla və 27 min 675 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.

ANAMA-dan Publika.az-a bildiriblər ki, 55 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi altı partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raket, 6 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 1 ədəd 122 millimetrlik top mərmisi “Ş-1”, 6 piyada əleyhinə “OZM-72” mina və 40 ədəd tank əleyhinə mina (16 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 739 min 85 kvadratmetr ərazi (463 min 329 kvadratmetr əl ilə, 491 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 671 min 456 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 13-dək cəmi 5128 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 795 min 249 kvadratmetr ərazi (519 min 493 kvadratmetr əl ilə, 491 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 671 min 456 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR