• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Tanınmış şairin oğlunun İNTİHAR SƏBƏBİ məlum oldu: "Bu çirkab həyatda yaşamaq istəmirəm" (YENİLƏNDİ)

  • Hadisə
  • 14 Aprel 2017 20:31
  • 9 116 Baxış
Tanınmış şairin oğlunun İNTİHAR SƏBƏBİ məlum oldu: "Bu çirkab həyatda yaşamaq istəmirəm"

Şairə Nazilə Səfərli Publika.az-a açıqlamasında S.Butanın oğlunun intihar səbəblərindən danışıb:

"Xəbəri eşidəndən sonra yas yerinə getdim. Hər kəs pərişan idi. Mərhumun iki övladı var. Oğlu Almaniyada oxumağa hazırlaşır. Xanımı da çox mədəni, əxlaqlı qadındı. Hətta oğlunun xaricdə təhsil alması üçün bank hesabında pulu da var idi. Adam intihar edəndə adətən soruşurlar ki, borcu var idi görəsən. Anasının danışdıqlarına əsasən deyirəm. Səadət xanım Gürcüstana aşıq Telli Borçalının anasının yas mərasiminə getmək istəmirmiş. Oğlu Məmməd deyib ki, "ana Telli küsəyəndi, o küsər, get". Qızını da göndərib dərziyə, evdə heç kim qalmayıb. Sonra üzünü qırxıb, çay dəmləyib, şirniyyat süfrəsi açıb. Bir stəkan çay süzüb. Sonra mətbəxə keçib. Mətbəxdə boru var imiş. o borudan özünü asıb. Qızı evə gələndə elə bilib ki, atası ondan gizlənir. Deyib ki, gördüm səni, gizlənmə. görüb ki, atasından səs çıxmır. Birdən gözü sataşıb ki, ayağının altında heç nə yoxdu, atası havada qalıb. Onda anlayıb ki, atası özünü asıb. Təkbaşına kəndiri kəsib və cəsədi yerə düşürüb. Tək olsa da, qoymayıb ki, atasının başı yerə dəysin. Məktub yazıb qoyub. Həmin məktub polisdədir. Məktubda yazıb ki, "bu çirkab həyatda yaşamaq istəmirəm. Bu həyat mənlik deyil". Sonda da Allah yazıb.

Anasının dediyinə görə tez-tez depressiyaya düşürmüş. Sonuncu dəfə ötən il müalicə alıb. Bu il müalicəyə getməyib. Mərhumun 42 yaşı var idi. Bu ailədə intihar ilk hal deyil. Onun atası da 32 yaşında intihar edib. Atasının əmisi oğlu da intihar edərək dünyasını dəyişib.

***

Şairə Nazilə Səfərli Publika.az-a bildirib ki, S.Butanın oğlu öz əcəli ilə ölməyib, intihar edib:

“Səadət xanım Telli Borçalının anasının yasına gedəndə yolda zəng edib hadisəni deyiblər. Bizim üçün də çox dəhşətli xəbər oldu. Çox tərbiyəli, hörmət saxlayan oğlan idi. Axı nədən intihar edən bilər?”

***

Tanınmış şair Səadət Butaya ağır itki üz verib.

Publika.az xəbər verir ki, bu barədə şair Pərvanə Zəngəzurlu sosial şəbəkədə yazıb.

Şairin oğlu Məhəmməd qəflətən dünyasını dəyişib.

Allah rəhmət etsin!

***

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 47 yaşlı Məmməd Abbas oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR