Evli kişi subay qadının həyatını məhv etdi - Yardımlıdakı qətllə bağlı YENİ XƏBƏR - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Evli kişi subay qadının həyatını məhv etdi - Yardımlıdakı qətllə bağlı YENİ XƏBƏR - (YENİLƏNDİ)

Şübhəli bilinən həmkəndlisi tutulub.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Subay qadının bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb.

10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək, heç nə olmamış kimi evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib. (lent.az)

***

Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

Natavan Babayevanın ölümünün təfərrüatları barədə kənd sakinləri Publika.az-a məlumat verib. Sakinlər bildirib ki, N.Babayeva ilə onu öldürməkdə şübhəli bilinən Niyazi Təhməzov qohum deyil.

Natavanın ölümündə onun şübhəli bilinməsi səbəbi axırıncı dəfə evlərinə gələn yad adamın N.Təhməzov olmasıdır: “9 gün əvvəl Natavan itkin düşüb, ailəsi axtarış üçün polisə müraciət edib. Əvvəlcə ailə onun qaçırıldığını düşünüb, sonra polis hadisədə cinayət ehtimalının ola biləcəyini nəzərə alaraq axtarışları genişləndirib, onun meyiti evlərindən kənarda kənd ərazisində tapılıb”.

Sakinlər deyir ki, 23 yaşlı N.Babayeva anası və bacısı ilə birlikdə qalırmış. Atası isə kənddə deyildi: “Niyazi kənddə taksi sürür, axırıncı dəfə də onların evinə un gətirib. Həmin gündən də Natavan itkin düşüb. Natavan itkin düşəndən sonra Niyazinin tez-tez huşu gedirdi. Bütün bunlar şübhələri onun üzərinə yönəldib. Ailə də polisə qızlarını onun qaçırdığından şübhələndiyini deyib. 34 yaşlı Niyazi Təhməzov ailələlidir, 3 övladı var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm