3 yaşlı uşağın ölümünə səbəb olan polis İŞDƏN ÇIXARILDI
Bizi izləyin

Hadisə

3 yaşlı uşağın ölümünə səbəb olan polis İŞDƏN ÇIXARILDI

Faktla bağlı araşdırma aparılır.

Aprelin 12-də Bərdə rayonunda avtomobillə 3 yaşlı uşağı vurub öldürən polis işdən çıxarılıb.

Rayonun Mustafaağalı kəndində idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac İmranzadəni vurub öldürən Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elgiz Əlizadə xidmətdən xaric edilib. Onun törətdiyi əməllə bağlı cinayət işi açılıb.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. E.Əlizadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm