Bakıda şagirdlər arasında kütləvi zəhərlənmənin səbəbi açıqlandı - SİYAHI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda şagirdlər arasında kütləvi zəhərlənmənin səbəbi açıqlandı - SİYAHI - (YENİLƏNDİ)

Şagirdlərin zəhərlənmələrinin səbəbi...

Ötən gün 22 saylı məktəbdə baş verən qida zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilən 10 şagirdin hamısının vəziyyəti kafidir.

5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasının qəbul şöbəsindən verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən məktəblilərin 8-i təcili yardım, 2-si sonradan valideynləri vasitəsilə gətirilib. Şagirdlərdən 5-i qız, 5-i oğlandır.

Bunlar Kərimli Züleyxa (2006), Məmmədov Cavid (2005), Həsənov Elşad (2006), Haciyeva Fatimə (2006), Yusifov Səyyad (2006), Rəsulova Nəzrin (2005), Şamilov Kənan (2006), Nuruzadə Cavad (2006), Tahirova Fidan (2006), Rəhimzadə Rüqəyyadır (2006).

Məktəblilərin və valideynlərin bildirdiklərinə görə, qida zəhərlənməsi şirniyyatdan olub. Belə ki, uşaqlardan birinin ad günü münasibətilə alınan pirojna V sinifdə paylanıb. Nəticədə, şirniyyatdan qida zəhərlənməsi qeydə alınıb. (apa)

***

Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, şagirdlərin zəhərlənmələrinin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm